Ukrayna qaranlığa qərq oldu

Ukrayna qaranlığa qərq oldu
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukrayna yenidən kütləvi raket hücumlarına məruz qalıb.
“Atılan raketlər Kiyev, Jitomir, Xmelnitski və Lvovda əsasən enerji infrastrukturlarını zədələyib. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Nəticədə, 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb”, - deyə məlumatda bildirilir.
Raket zərbələri səbəbindən Kiyev də daxil olmaqla, Ukraynanın mərkəzi və şimal-şərq ərazilərində elektrikin verilməsində uzunmüddətli fasilələr yaranıb.
Gundelik-Baku.Org