Rusiya-Ukrayna müharibəsində 239 uşaq itkin düşüb

Rusiya-Ukrayna müharibəsində 239 uşaq itkin düşüb
Ukraynada müharibə səbəbindən 239 uşaq itkin düşmüş, 8140 uşaq deportasiya edilmiş sayılır.
Bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"2022-ci il oktyabrın 13-nə olan məlumata görə, 239 - uşaq  itkin düşüb, 8 140 - deportasiya edilib, 6 578 - tapılıb", - məlumatda deyilir.
Bundan əlavə, Rusiyanın hücumu nəticəsində 422 uşaq həlak olub, 808 uşaq isə yaralanıb. Ümumilikdə, Rusiya Federasiyasının Ukrayna ilə genişmiqyaslı müharibəsi nəticəsində Ukraynada 1 230-dan çox uşaq xəsarət alıb.
Gundelik-Baku.Org