Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradırlar

Azərbaycanlılar Ukraynada partizan dəstələri yaradırlar
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Xersondan çıxarılan Rusiya ordusu Donbasa istiqamətində hücumu genişləndirir.
“Son günlərdə Donbasda vəziyyət daha da gərginləşib. Orada xüsusi əməliyyatlarda iştirak edən azərbaycanlı hərbçi də ağır yaralanıb”, - deyə jurnalist qeyd edib.
Məlumata görə, qış aylarında Xersonda kommunal xidmətlərin tam bərpası mümkün olmayacağından əhali digər şəhərlərə təxliyə ediləcək.
O da bildirilib ki, işğal altında qalan, yaxud neytral ərazidəki azərbaycanlılar separatçıların və Rusiya ordusunun hücumlarına qarşı birləşərək partizan dəstələri yaradırlar.




Gundelik-Baku.Org