"Hərbi qüvvələr yüksək hazırlıq vəziyyətindədir" - Polşa MN

"Hərbi qüvvələr yüksək hazırlıq vəziyyətindədir" - Polşa MN
Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkəsinin quru qoşunları, donanma və hava hücumundan müdafiə sistemləri ilə yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
Blaşçak Twitter hesabından verdiyi açıqlamada, raketin Polşaya düşməsindən sonrakı vəziyyətin yaxından izlənildiyini bildirib.
Müttəfiqlərlə daim təmasda olduqlarının vurğulayan nazir, "Həm quru qüvvələri, həm də dəniz və hava hücumundan müdafiə sistemləri ilə yüksək hazırlıq vəziyyətindəyik",- deyə  şərh edib.
Gundelik-Baku.Org