Masallıda “Toyota” ilə “KamAZ” toqquşdu - Yaralanan var

Masallıda “Toyota” ilə “KamAZ” toqquşdu - Yaralanan var
Masallı rayonunun Ərkivan qəsəbəsində “Toyota” markalı minik avtomobili ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb:
“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”.
Gundelik-Baku.Org