Erməni hərbçilər öz basdırdıqları minaya düşdü - Ölən var

Erməni hərbçilər öz basdırdıqları minaya düşdü - Ölən var
Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini və hərbi vasitələrini daşıyan “UAZ” markalı avtomobil özləri tərəfindən Cermuk (İstisu) istiqamətində basdırılan minaya düşüb.
Bu barədə “Novosti Azerbaydjana” teleqram kanalı məlumat  yayıb.
Hadisənin bu gün günorta saatlarında baş verdiyi bildirilir. Minanın partlaması nəticəsində erməni hərbçilər arasında ölən və yaralananlar var. 
Gundelik-Baku.Org