Ekvadorda iğtişaşlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB

Ekvadorda iğtişaşlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB
Ekvadorda iğtişaşlar zamanı azı 13 nəfər ölüb.

Bu barədə Ekvadorun “Diario” qəzeti məlumat yayıb.

Məlumata görə, Quayakil şəhərində 11 nəfər, Nobol şəhərində isə daha iki polis öldürülüb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 40-dan çox şəxsi saxlayıb və onlara qarşı terror ittihamı irəli sürüləcək.

09:39
Ekvadorun Quayakil və Nobol şəhərində iğtişaşlar zamanı azı 10 nəfər ölüb.

Xarici KİV xəbər verir ki, bu barədə Ekvador polisi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Ölənlər arasında iki polis əməkdaşı da var.

Məlumata görə, cinayət və iğtişaşlarla bağlı 1900-dən çox məlumat daxil olub.

05:46
Ekvadorun Quayakil şəhərini bürümüş iğtişaşlar zamanı azı 8 nəfər ölüb.

Bu barədə çərşənbə axşamı yerli hakimiyyət orqanları məlumat verib.

Qeyd edilir ki, silahlı quldurların təşəbbüsü ilə zorakılıqlar başlayıb. Cinayətkarlar küçələrdə polisləri güllələyirlər. Buna cavab olaraq prezident Daniel Noboa fövqəladə vəziyyət elan edib.

Terrorçu qruplaşmaların liderlərinin həbsxanadan qaçmasından sonra etirazlar və iğtişaşlar başlayıb. Bununla əlaqədar olaraq, “daxili silahlı münaqişə” rejimi elan edilib, habelə bir neçə həbsxananın və yerli televiziya kanalının silahlı quldurlar tərəfindən ələ keçirilməsindən sonra hərbi texnika küçələrə çıxarılıb.

“Los Lobos” cinayətkar qrupunun lideri, “Kapitan Piko” kimi tanınan Fabrisio Kolon Piko küçələrdəki xaosdan istifadə edərək Riobamba həbsxanasından qaçıb. Həbsxanadan həmçinin “Fito” kimi tanınan, 12 il həbs cəzası çəkməli olan Adolfo Masias da qaçıb.

Bundan əvvəl Ekvador polisinin xüsusi təyinatlıları silahlı quldurlar tərəfindən ələ keçirilən TS telekanalının studiyasına göndərilib. Cinayətkarların Quayakil şəhərində televiziya kanalının binasına soxulması ilə əlaqədar polisin verdiyi açıqlamada fövqəladə vəziyyəti aradan qaldırmaq üçün hadisə yerinə ixtisaslaşdırılmış bölmələrin göndərildiyi bildirilib.
Gundelik-Baku.Org