Keniyada yol qəzasında 15 nəfər ölüb, 45 nəfər yaralanıb

Keniyada yol qəzasında 15 nəfər ölüb, 45 nəfər yaralanıb
Keniyada Nakuru və Eldoret arasındakı magistral yolda baş verən qəzada azı 15 nəfər ölüb.

Bu barədə “Citizen Digital” məlumat yayıb.

Bildirilib ki, Nayrobi istiqamətində hərəkət edən mikroavtobusdakı bütün sərnişinlər ölüb. Ölənlər arasında 7 uşaq da var.

Daha 7 nəfər ağır yaralanıb, 38 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Gundelik-Baku.Org