Suriyada hərbçiləri daşıyan avtobusa hücum olub, ölənlər və yaralananlar var

Suriyada hərbçiləri daşıyan avtobusa hücum olub, ölənlər və yaralananlar var
Suriyanın Palmira şəhərində hərbçiləri daşıyan avtobusa silahlıların hücumu nəticəsində 14 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə “Al-Hadath” məlumat yayıb.

Bildirilib ki, avtobusa hücumu İŞİD terror qruplaşması edib.

Məlumata görə, onlar səhər saatlarında T-3 neft yükləmə stansiyasının ərazisində pusquda duraraq hərbçiləri daşıyan avtobusa hücum ediblər. Yaralılar Homs əyalətinin mərkəzi hospitalına yerləşdirilib.

Qeyd edək ki, 2023-cü il dekabrın 21-də Palmira yaxınlığındakı magistral yolda hərbçiləri daşıyan avtobusu partladılması nəticəsində 7 nəfər ölmüş, 10 nəfər yaralanmışdı.
Gundelik-Baku.Org