Hulusi Akar Azərbaycana gələcək - YENİLƏNİB

Hulusi Akar Azərbaycana gələcək - YENİLƏNİB
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
Bu barədə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
"Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək".
 
***
11:16
Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Bu  barədə "Anadolu Agentliyi" məlumat yayıb. 
"Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək",-  məlumatda qeyd olunub.
Gundelik-Baku.Org