Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Bu barədə Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiya məsələləri üzrə müşaviri Hüseyn Altınalan “Twitter” hesabında paylaşım edib.
11:18
Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Türkiyəli nazirin səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
Səfərdə Hulusi Akarı həmçinin Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti də müşayiət edəcək.

Mənbə: Anadolu 
Gundelik-Baku.Org