"Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib" - Akar

"Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib" - Akar
Yanvarın 1-dən indiyədək 250 min insanın Türkiyəyə qeyri-qanuni yollarla daxil olması və ölkədən çıxmasının qarşısı alınıb.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O əlavə edib ki, ölkə daxilində, Şimali İraq və Suriyada 2015-ci ildən bu günə qədər ümumilikdə 37 min, bu il ərzində isə 4 minə yaxın terrorçu zərərsizləşdirilib.
Nazir Akar Türkiyənin qonşu ölkələrdə apardığı hərbi əməliyyatlarının hədəfinin sadəcə terrorçular olduğunu da vurğulayıb.
Gundelik-Baku.Org