İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı

İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı
İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, “The Washington Post” qəzetində bununla bağlı yazı dərc olunub.
Qəzet bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə PUA istehsalına başlamaq barədə gizli razılığa gəlib.
Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar.
“Razılaşma tam yerinə yetirilərsə, bu, Moskvanın Ukraynadakı savaşına artıq həlledici dəstək verən İranla Rusiyanın alyansının daha da dərinləşməsi deməkdir”, - deyə nəşr qeyd edib.
Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra müvafiq sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər habelə İran üçün əhəmiyyətli iqtisadi və siyasi qazanc mənbəyinə çevriləcək. Tehran Ukrayna ilə müharibədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus dronlar Ukrayna şəhərləri üzərində peyda olur. Bu da Avropa tərəfindən yeni iqtisadi sanksiyalarla bağlı qərarların ortaya çıxmasına səbəb olub.

 
Gundelik-Baku.Org