Ukrayna rusların bir gecədə 800 hərbçisini MƏHV ETDİ

Ukrayna rusların bir gecədə 800 hərbçisini MƏHV ETDİ
"Son sutkada Ukraynada Rusiya ordusunun 800 hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 73 270-ə çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 714 tank,  5 525 zirehli döyüş maşını,1 733 artilleriya sistemi, 387 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 438 PUA, 240 qanadlı raket, 126 xüsusi texnikadan ibarətdir.
Gundelik-Baku.Org