ABŞ-ın baş kəşfiyyatçısı gizli şəkildə Kiyevə gedib

ABŞ-ın baş kəşfiyyatçısı gizli şəkildə Kiyevə gedib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns oktyabrın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilərlə görüşmək üçün gizli şəkildə Kiyevə səfər edib.
Bu barədə CNN məlumat yayıb. 
"O, ABŞ-ın Ukraynanı Rusiyanın hücumuna qarşı mübarizəsində, o cümlədən daimi kəşfiyyat mübadiləsində dəstəkləmək öhdəliyini təsdiqləyib", - deyə KİV diplomatik mənbələrə istinadən yazıb. 
Gundelik-Baku.Org