Əfqanıstanda bir qəzada 24 nəfər həyatını itirib

Əfqanıstanda bir qəzada 24 nəfər həyatını itirib
Əfqanıstanın şimalında yerləşən Səri Pul şəhərində sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə vaxtı nəqliyyat vasitəsində 25 nəfər olub. Qəza nəticəsində onlardan 24-ü həlak olub. Həyatını itirənlər arasında səkkiz nəfər uşaq da var.
Qəzanın sərnişin avtobusunda yaranan texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.


Mənbə: Sputnik Əfqanıstan
Gundelik-Baku.Org