Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü - Yenilənib

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü - Yenilənib
Xəbər verdiyimiz kimi, ötən gün Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ 8 ölkədə də hiss olunub.
TASS xəbər verir ki, zəlzələ nəticəsində Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində azı 9 nəfər ölüb. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər həyatını itirib.
Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.
***
Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.
Gundelik-Baku.Org