Ötən il yol qəzalarında 9 uşaq ölüb

Ötən il yol qəzalarında 9 uşaq ölüb
Bakıda 16 yaşa qədər uşaqların iştirakı ilə 28 yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, həmin qəzalar nəticəsində 9 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
Sözügedən faktlarda 2021-ci illə müqayisədə 11 hadisə, 5 ölüm və 8 yaralı sayı azalıb.
2022-ci ildə yol qəzalarında ölən 9 uşağın 7-i piyada, 2-i sərnişin qismində həlak olublar.
Gundelik-Baku.Org