Fransa 7 illik müdafiə büdcəsini 413 milyard avroya çatdırdı

Fransa 7 illik müdafiə büdcəsini 413 milyard avroya çatdırdı
Fransanın 2024-2030-cu illər üçün müdafiə büdcəsi 413 milyard avroya çatdırılıb. 
Xarici KİV xəbər verir ki, bu barədə Fransa parlamenti yeni qanun layihəsini qəbul edib.
Qanun layihəsinin lehinə 408, əleyhinə isə 87 deputat səs verib. Məsələ parlamentin digər qanadı olan Senatda da müzakirə olunacaq.
Gundelik-Baku.Org