"Qanun layihəsinə münasibət müsbətdir" - Əli Hüseynli

"Qanun layihəsinə münasibət müsbətdir" - Əli Hüseynli
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki baxımdan olub.
Bunu Milli Məclisin sədr müavini Əli Hüseynli qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Vitse-spiker bildirib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak edib.
“Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan, yeni qanun layihəsi hazırlandı. Qeyd etdiyim bu dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Təkliflər var idi ki, bir sıra məsələlərdə müddət çoxalsın, bir sıra hallarda azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə, qanun layihəsinə münasibət müsbətdir və bildiyiniz kimi, birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib".
Gundelik-Baku.Org