Fransada iğtişaşlarda iştirak edən 217 nəfər həbs olundu

Fransada iğtişaşlarda iştirak edən 217 nəfər həbs olundu
Paris polisi pensiya islahatlarına qarşı nümayiş zamanı iğtişaşlarda iştirak edən 217 nəfəri həbs edib. 
“France-Presse”ə istinadla xəbər verir ki, bu barədə Fransa DİN məlumat verib. 
Nazirlikdən verilən məlumata görə, iğtişaşcılar dağıntı və yanğın törətməkdə ittiham olunur. 
Mətbuat ötən gün Fransa paytaxtının mərkəzinə 6 min insanın toplaşdığını yazır. Qüvvələr etirazçıları dağıtmaq üçün qaz və su şırnaqlarından istifadə edib.
Yerli KİV əlavə edib ki, təhlükəsizlik qüvvələri etirazçıları gözyaşardıcı qazla dağıdıb. 
Bildirilir ki, martın 23-də fransızlar yeni etiraz aksiyası hazırlayırlar.
Xatırladaq ki, yanvarın 10-da Fransanın Baş naziri Elizabet Born hökumətin 2023-cü ildə qəbul etməyi planlaşdırdığı pensiya islahatlarının mübahisəli layihəsini təqdim edib.
Onun sözlərinə görə, 2023-cü il sentyabrın 1-dən hakimiyyət pensiya yaşını ildə üç ay artırmağa başlayacaq. Beləliklə, 2030-cu ilə qədər pensiya yaşı 64-ə çatacaq. 
Gundelik-Baku.Org