“TikTok”u telefondan silməyənlər CƏRİMƏLƏNƏCƏK

“TikTok”u telefondan silməyənlər CƏRİMƏLƏNƏCƏK
ABŞ-ın Montana ştatında “TikTok” qadağan edilib.
Xarici media bildirir ki, ştat Nümayəndələr Palatasının üzvləri qanun layihəsinin lehinə 54 səs verib, 43 deputat isə qarşı çıxıb. Bu qərarla Montana “TikTok”u tamamilə qadağan edən ilk ştatdır. Ştat sakinləri “TikTok” tətbiqini onlayn mağazalardan silməsələr, onları cərimə gözləyir. Məlumatda bildirilir ki, hələlik dövlətin qadağanı necə tətbiq edəcəyi bəlli deyil.
İndi bu barədə Montana ştatının qubernatoru Qreq Gianfortenin qərarı gözlənilir. O, indiyə qədər qanun layihəsini imzalamaqla bağlı planlarını söyləməkdən imtina edib. Qubernatorun sözçüsü tərəfindən verilən açıqlamada o, Qanunverici orqanın göndərdiyi bütün qanun layihələrini “hərtərəfli nəzərdən keçirəcəyini” söylədi.
Gundelik-Baku.Org