Rusiya yeni səfərbər olunanların müharibədə öldüyünü açıqladı

Rusiya yeni səfərbər olunanların müharibədə öldüyünü açıqladı
Rusiyada Çelyabinsk vilayətindən səfərbər edilmiş 5 nəfər Ukraynadakı müharibədə öldürülüb. 
Bu barədə Rusiya vilayətinin qubernatoru Aleksey Tekslerin mətbuat xidməti açıqlama verib. 
Bu, Rusiya hakimiyyətinin ehtiyatda olan hərbçilərin ölümü ilə bağlı ilk rəsmi məlumatıdır.
Çelyabinsk hökumətinin mətbuat xidməti izah edib ki, səfərbərlik zamanı ölənlər Korkino hərbi komissarlığından çağırılıb: "Federal ödənişlərə əlavə olaraq sürətləndirilmiş şəkildə bir milyon rubl ödəniləcək. Ailələr üçün əvvəllər qəbul edilmiş bütün regional dəstək tədbirləri tətbiq edilir. Psixoloji və hər hansı digər zəruri yardım göstəriləcək". 
Gundelik-Baku.Org