"Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq" - Lukaşenko

"Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq" - Lukaşenko
"Belarus heç vaxt Rusiyanın düşməni olmayacaq. Biz heç vaxt Rusiyaya laqeyd baxmayacağıq. Bu, bizə ən yaxın dövlətdir, bizə ən yaxın olan xalqlardır".
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Belarus-Rusiya əməkdaşlığına həsr olunmuş iclasda deyib. 
Belarus liderinin sözlərinə görə, respublikanın suverenliyi və müstəqilliyi sarsılmazdır: "Mən görürəm ki, vəziyyət indi gərginləşir. Geniş miqyaslı danışıqlardan sonra hamı deyəcək ki, hər şey bitdi: Belarusda artıq güc yoxdur, burada ruslar artıq yeriyir, ölkəni idarə edir. Bir daha bu xüsusiyyəti vurğulamaq istəyirəm: Belarusu bizdən başqa heç kim idarə etmir. Bunlar Konstitusiyaya uyğun olaraq bizim funksiyalarımızdır, o cümlədən mənim də. Biz bu funksiyaları həyata keçiririk". 
Gundelik-Baku.Org