"Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq" - Britaniya kəşfiyyatı

"Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq" - Britaniya kəşfiyyatı
Krım körpüsünün təmiri vəd edilən müddətdə başa çatmayacaq. Onun 2023-cü ilin sentyabrına qədər tam fəaliyyət göstərməsi ehtimalı azdır.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Rruslar noyabrın 8-dək körpünün 64 metrlik aşırımını dəyişdirməyə başlamağı planlaşdırırdılar. Eyni zamanda qeyd edilir ki, zədələnmiş hissələrin dəyişdirilməsi üçün daha üç belə dəyişiklik lazımdır.
Ruslar körpünün bu hissəsinin dekabrın 20-dək bərpa olunacağını bəyan ediblər. Lakin Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martınadək davam edəcək işlərlə əlaqədar yolda fasilələrin ola biləcəyini bildirib.
 Bununla əlaqədar olaraq Britaniya kəşfiyyatı rəsmiləri körpünün 2023-cü ilin sentyabrına qədər tam istifadəyə verilməsini çətin hesab edirlər, çünki təmir qış hava şəraitindən asılı olacaq.
Gundelik-Baku.Org