Sunak hökuməti Ukraynanı dəstəkləməyə davam edəcək

Sunak hökuməti Ukraynanı dəstəkləməyə davam edəcək
Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri rus qoşunlarını həmişəlik geri çəkmək üçün mübarizəni başa çatdırmaq yolunda Ukraynaya dəstək verəcəyini vəd edib. 
Xarici KİV xəbər verir ki, Rişi Sunak Kral Çarlzdan hökumət qurmaq təklifini aldıqdan sonra dünən Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Sunak Zelenskiyə Böyük Britaniyanın Ukraynaya dəstəyinin onun Baş nazirliyi dövründə "həmişəki kimi güclü" olacağını bildirib. 
Gundelik-Baku.Org