"Quş qripi" EPİDEMİYASI TƏHLÜKƏSİ: 300 min toyuq məhv edildi

"Quş qripi" EPİDEMİYASI TƏHLÜKƏSİ: 300 min toyuq məhv edildi
Hollandiyanın Limburq əyalətindəki quşçuluq fermasında "quş qripi" epidemiyası yayılıb.
Xarici KİV xəbər verir ki, orada 300 min toyuq məhv edilib.
Bunun Hollandiyada bu infeksiyaya görə məhv edilən ən çox quş sayı olduğu bildirilir.
"Bu günə qədər ən böyük quş qripi epidemiyası Limburqdakı Heithuisen əyalətində aşkar edilib. Kənd Təsərrüfatı, Təbiət və Ərzaq Keyfiyyəti Nazirliyinin məlumatına görə, söhbət 300 min toyuqdan gedir", - məlumatda deyilir.
"Quş qripi"nin yayılmasının qarşısını almaq üçün Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi toyuqları məhv edib.
İndi onlar bundan başqa daha beş quşçuluq fermasını yoxlayırlar. Eyni zamanda, 128 quşçuluq təsərrüfatında inkubasiya yumurtalarının, eləcə də digər heyvandarlıq məhsulları və tullantılarının daşınması qadağan edilib.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, bu il Hollandiyada kəskin və uzun "quş qripi" mövsümü yaşanır. Artıq Xroninqen əyalətindəki quşçuluq fermasında 100 mindən çox toyuq, Nyu-Verdinqdəki quşçuluq fermasında isə 200 min toyuq kəsilib.

Gundelik-Baku.Org