Bu ölkədə deputat banka basqın etdi

Bu ölkədə deputat banka basqın etdi
Livanın müstəqil, müxalifətçi millət vəkili Sintiya Zarazir, 3 ildir dondurulmuş 8500 dollarlıq əmanəti geri götürmək üçün paytaxt Beyrutda özəl bank şöbəsinə basqın edib. 
Xarici KİV xəbər verir ki, deputat əməliyyat xərcləri üçün bankdan pulunu çıxarmaq istəyib. Lakin bank rəsmiləri ödəniş edə bilməyəcəklərini bildiriblər.
Zarazir isə bunun müqabilində pulunu alana qədər filialı tərk etməyəcəyini və əməlində israrlı olduğunu bildirib.
Bildirilir ki, bank rəsmiləri ilə deputat arasında danışıqlar davam edir və Zərəziri hələlik razı salmayıb. Zərazirə dəstək olmaq üçün çoxlu bank zərərçəkənləri filialın qarşısına toplaşıb.
Banklarda pullarını ala bilməyən əmanətçilər ötən gün ölkənin müxtəlif yerlərində 4 filiala basqın ediblər.
Basqınlardan sonra açıqlama verən Livan Banklar Birliyi, ölkədəki depozit hesabı böhranından bankların deyil, dövlət idarəsinin məsuliyyət daşıdığını bildirib.
Gundelik-Baku.Org