Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxt ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.
Gundelik-Baku.Org