Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ?

Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ?
Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb. 

Bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.

Telefonu A.Bəylərin köməkçisi götürüb və  müğənninin səhhətinin yaxşı olduğunu deyib:

"Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır". 

Gundelik-Baku.Org