"Bu ilin sonuna qədər sülh müqaviləsini imzalamaq olar" - Politoloq

"Bu ilin sonuna qədər sülh müqaviləsini imzalamaq olar" - Politoloq
"Ötən gün Praqada keçirilən görüşdə sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində ciddi qərarlar qəbul olundu".
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, sülh müqaviləsinin layihəsinin hazırlanmasına maksimum 2 ay vaxt ayrılıb:
"Bu müddət ərzində hər iki ölkənin Xarici İşlər Nazirliyi sülh layihəsinin variantlarını hazırlamalı və müzakirə etməlidirlər. Müzakirə edilmiş variantlar Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin müzakirəsinə təqdim ediləcək. Ermənistan tərəfi ciddi konstruktivlik nümayiş etdirsə, bu ilin sonuna qədər sülh müqaviləsini imzalamaq olar".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emauel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər. 
Görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Gundelik-Baku.Org