Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı - İlkin razılıq + Yenilənib

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı - İlkin razılıq + Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emauel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər.
Görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Azərbaycan bu missiya ilə bağlı olduğu qədər əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında maksimum iki ay müddətinə başlayacaq. Bu missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir.
***
Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa  Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü davam edir.

Bu barədə Prezident İlham Əliyevin rəsmi “Instagram” səhifəsində paylaşım edilib.
  • Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı - İlkin razılıq + Yenilənib
  • Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı - İlkin razılıq + Yenilənib

Gundelik-Baku.Org