17 ildir ki, yeməkdən imtina edib

17 ildir ki, yeməkdən imtina edib
İranda yaşayan 58 yaşlı Qulamreza Ərdəşiri adlı şəxs 2006-cı ildən bəri yemək yemədiyini və yalnız qazlı içkilərlə qidalandığını iddia edib.
Ərdəşiri, o cümlədən su da istehlak etmədiyini  bildirib.
Uzun illərdir ki, qidalanmayan 58 yaşlı kişi aclıq və yorğunluq hiss etmədiyini ifadə edib. Bir qutu qazlı içkini bir qurtumda bitirən adam deyir ki, yaşamaq üçün lazım olan enerjini qazlı, konservləşdirilmiş içkilərdən alır. 
17 ildir onlarla müxtəlif həkimə getdiyini bildirən iranlı,  "Hər kəs fərqli həkim təklif etdi və diaqnoz qoya bilməyən həkimlər məni başqasına yönləndirdi. Bacardığım qədər həkimə getdim", - deyərək xəstəliyinə çarə tapa bilmədiyini söyləyib.  
Ərdəşiri gündə ən azı 3 litr qazlı su içdiyini və 4 saat yatdığını bildirir.
Gundelik-Baku.Org