Şəkərli içkilər xərçəng xəstəliyi yaradır - Həkimdən HƏYƏCAN TƏBİLİ

Şəkərli içkilər xərçəng xəstəliyi yaradır - Həkimdən HƏYƏCAN TƏBİLİ
“Şirniyyat asılılıq yaradır. İnsanı ən çox kökəldən şəkərdir”.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur. 
Onun sözlərinə görə, şirniyyat alarkən üzərindəki etiketə diqqət etmək lazımdır:
“Məhsulun üzərində 22 qram şəkər yazılıbsa, bu, yüksək hesab olunur. Şəkər asılılıq yaradır. İnsulinin səviyyəsinin qalxıb-düşməsinə səbəb olur”.
E.Məmmədov qeyd edib ki, şəkərli sular xərçəngə, ürək-qan-damar sistemi xəstəliyinə səbəb ola bilər:
“Qazlı və şirin sular təhlükəlidir. Xəstəlikdən əziyyət çəkənlər diqqət etsinlər. Şirin və meyvə suları çox zərərlidir. Bunun tərkibində bizə faydalı olan heç nə yoxdur. Qazlı suların tərkibi məişət sodasına çox yaxındır. Bəziləri qıcqırma üçün istifadə edirlər. Yanlışdır”.
Gundelik-Baku.Org