Yatmazdan əvvəl yemək üçün ləzzətli bir meyvə AÇIQLANDI

Yatmazdan əvvəl yemək üçün ləzzətli bir meyvə AÇIQLANDI
Yuxu üzrə ekspertlər deyirlər ki, yatmazdan əvvəl kivi yeməklə səhər oyananda özünüzü daha yaxşı hiss edəcəksiniz.
Xarici mətbuat bildirir ki, mütəxəssislərin sözlərinə görə, pis yuxu rejimi bir sıra sağlamlıq problemlərinə səbəb olar, həmçinin gün ərzində fiziki və zehni performansı azalda bilər. Bununla belə, kivi yatmazdan əvvəl sizi sakitləşdirməyə və uzun müddətdə özünüzü daha yaxşı hiss etməyə kömək edə bilər.
“Kivi meyvəsi uzun illərdir ki, bir çox insanın yuxu ritualının bir hissəsi olub və elm kivinin yuxuya kömək edən dəyərini təsdiqləyir. Tədqiqatlar göstərib ki, yatmazdan əvvəl müntəzəm olaraq kivi yeməkdən sonra yuxu keyfiyyətini, yuxu vaxtını və yuxunun səmərəliliyini artırmağa kömək edə bilər”, - ekspertlər deyir.
Kivi yüksək miqdarda serotonin və antioksidantlardan, həmçinin fol turşusu və B vitamini kimi vitaminlərdən ibarətdir. Bütün bunlar yuxu pozğunluğunun müalicəsində kömək edir və həmçinin yuxu rejimini yaxşılaşdırır.
Onlar həmçinin kofeini çox gec istehlak etməyi məsləhət görürlər, çünki o, qanda 10 saata qədər qala bilər və buna görə də normal yuxuya mane olur.
Gundelik-Baku.Org