Qazlı içkidən imtina etdi: 69 kilo ARIQLADI

Qazlı içkidən imtina etdi: 69 kilo ARIQLADI
ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərindən olan su şirkətinin sahibi Teylor Robertson qazlı içkidən imtina edərək həyatını dəyişib.
Xarici KİV xəbər verir ki, 27 yaşlı gənc hər gün spirtli içki qəbul etdiyini və ən çox sevdiyi "Pepsi"dən 12 qutu içdiyini bildirib.
Eyni zamanda, nahar və şam yeməyi üçün "Fast food" restoranlarından - məsələn, KFC-dən yemək yeyirmiş. Beləliklə, Robertsonun maksimum çəkisi 146 kiloqrama çatıb ki, bu da yuxu zamanı nəfəs almaqda çətinlik yaradıb. Gecələr oksigen çatışmazlığından öləcəyindən, həmçinin nişanlısının ondan ayrıla biləcəyindən qorxub.
Bu səbəbdən Robertson həyatını dəyişməyə qərar verib. Amerikalının sözlərinə görə, o, doqquz ayda alkoqol və qazlı içkilərdən imtina edərək 69 kiloqram arıqlayıb:
"Gündə bir dəfə yeməyə başladım və əvvəlcə yalnız Çin yeməyi yediyirdim. Bir müddət sonra bunun orqanizm üçün çox da yaxşı olmadığını başa düşdüm və evdə yeməklər bişirməyə başladım. Məsələn, toyuq ilə düyü".
 
Gundelik-Baku.Org