Afaq 9 saatlıq əməliyyat keçirdi - Bədənindən 4.5 litr piy aldırdı

Afaq 9 saatlıq əməliyyat keçirdi - Bədənindən 4.5 litr piy aldırdı
Azərbaycanlı müğənni və model Afaq Aslan əməliyyat olunub. 
Sənətçi əməliyyat masasına yataraq uzun müddətdir ona komplesks yaradan piylərindən azad olunub. Afaq Aslanın bədənindən 4.5 litr piy çəkiblər. Bu haqda model özü bildirib:
"Ötən gün 9 saat davam edən uğurlu əməliyyat keçirdim. Qollarımda və ayaqlarımda olan piydən tamamilə azad olundum. Bud sümüyümün içində əzələ olmadığından həkimlər bu əməliyyatı reallaşdırmaqdan imtina edirdi. Gələcəkdə yarana biləcək fəsadlardan qorxurdular. Təsəvvür edin. Çəkim 60 kiloqramdan 70-ə qədər artmışdı. Əməliyyat zamanı bədənimdən 4.5 litr piy aldılar".
Gundelik-Baku.Org