"Çalışın həkim seçimində ALDANMAYASINIZ..." - GİLEY

"Çalışın həkim seçimində ALDANMAYASINIZ..." - GİLEY
 "Bunu yazıram ki, heç kim aldanıb yanlış həkimə getməsin..bəlkə kiməsə yardımı olar... Qətiyyən bu klinikaya, həkimə getməyin.. Yazdıqlarım hələ əskikdir ki, nəinki artıq..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günel adlı istifadəçi giley edir.

"Çalışın həkim seçimində ALDANMAYASINIZ..."

Daha sonra narazı vətəndaş yazır: "HB Güvən Klinikasında Mehdi İskenderli həkim var.
Bir neçə gün əvvəl qəbuluna getdim.. İlk olaraq bildirmişdim ki, olar mən həkimlə 2 dəqiqəlik danışım sonra ödəniş edim. Çünki əvvəlki qəbul etdiyim dərmanlar və müalicə haqda məlumat verəcəkdim. Əgər eyni müalicə üsulu tətbiq edəcəkdisə, mən sakitcə çıxıb gələcəkdim. Lakin bildirildi ki, belə bir şey mümkün deyil.. Nəysə, 59 AZN ilkin müayinə ödənişini ödəyib içəri keçdim. Həkimlə söhbət zamanı hazırda qəbul etdiyim müalicəni və dərmanların adını çəkdim,dönə dönə vurğulayaraq qeyd edirəm dərmanları. Gülərək adamı yola verib, 500 AZN lik USm və analizə yazıb, siz bu analizləri verin mən sizə fərqli dərmanlar yazacam müalicə edəcəyik dedi.. bugün getmişəm nə olsa yaxşıdı. Analizlər təmiz, USM heç baxmadı da.. Mənə hazırda istifadə etdiyim eyni dərmanı yazır.. Şok oldum.. məni əlavə bir analizə yazdı o da okey.. deyirəm , bu analizdən sonra da mənə bu dərmanı yazacaqsız? Deyir, hə sadəcə bir iki tabletka də yazacam kompleks müalicə olanda vurduğun dərman işə yarayacaq.. biraz əsəbləşdim deyirəm, ay həkim bəs bunları qəbul edirəm də hazırda, xeyri yoxdu deyə yanınıza gəlmişdim. Biraz əsəbləşdiyimi o görüb mənə siz ən yaxşısı əsəblərinizdən müalicə alın, çox əsəbisiz deyir.. Üzüm kəsmədi ki, deyim sənin kimi həkimlə adam əsəbləşər də.. Verdiyim müayinə pulu, analizlərdən götürdüyü faizi də elə yerə xərcləsin ki anlasın ki, insanlarla oyun oynamaq nə deməkdir.
İndi kimlərsə, gələcək həkimi tərifləyəcək. Ola bilər bəlkə sağaltdığı xəstələr var ona sözüm yoxdu. Amma gərək həkim də pasiyentinə hörmət eləsin . Mən axı ilk görüşdə istifadə etdiyim dərmanın adını demişdim, demək ki, pasiyenti dinləmirlər. Eləcə analizə yazıb göndərir, sonda da bildiyi bir iki dərmanı yazıb adamı yola verirlər..Qətiyyən bu həkimə getməyin... Sadəcə yazıq camaatın pulu alıb yeyib yaşayırlar.. + danışıq qaydasını da bilmir..Sizlə başlayan söhbətimizdə söhbətin sonuna yaxın "sən" olmuşdum.. Mənə deyir, tibbi sən məndən yaxşı bilməyəcəksən ki..."

Məsələ ilə bağlı dia.a olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Gundelik-Baku.Org