Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər - FOTO/VİDEO
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib. “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.
Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.