Türkiyənin ilk yerli peykinin kosmosa buraxılması yenidən təxirə salındı

Türkiyənin ilk yerli peykinin kosmosa buraxılması yenidən təxirə salındı
Türkiyənin ilk yerli və milli yüksək dəqiqlikli təsvir peyki olan IMECE-nin kosmosa buraxılması əlverişsiz hava şəraiti səbəbindən son 28 saniyədə təxirə salınıb. 
Canlı yayım zamanı İMECE-nin istifadəyə verilməsini gözləyən Milli Müdafiə naziri Hulusi Akar və Müdafiə və Texnologiya naziri Mustafa Varank məyus olublar.
Qeyd edək ki, sözügedən peykin buraxılışı daha əvvəl iki dəfə təxirə salınıb. O, ABŞ-dəki Vandenberq Kosmik Qüvvələri Bazasından kosmosa buraxılacaq. 
IMECE-nin kosmosa buraxılması üçün yeni bir tarix təyin olunacaq.
Gundelik-Baku.Org