Almaniyanın 4 şəhərində uçuşlar təxirə salındı

Almaniyanın 4 şəhərində uçuşlar təxirə salındı
Almaniyanın paytaxtı Berlin, Hannover, Hamburq və Bremendəki hava limanlarında təhlükəsizlik işçiləri tətil elan edib.
Xarici KİV xəbər verir ki, kütləvi tətil səbəbindən uçuşlar təxirə salınıb.
Məlumata görə, Alman həmkarlar ittifaqı Verdinin çağırışı ilə təhlükəsizlik işçilərinin tətili 24 saat davam edəcək. 
Təkcə Berlində 200-ə yaxın reys ləğv edilib, hava limanına enişlərin üçdə birinin isə ləğv ediləcəyi gözlənilir. Hamburq hava limanı, planlaşdırılan 123 uçuşun hamısının və hava limanına 121 uçuşdan ən azı 50-nin ləğv edildiyini bildirib.
Etirazçılar maaşlarının artırılmasını tələb edir.
Gundelik-Baku.Org