“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq

“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq
ABŞ-nin “SpaceX” kosmik şirkəti yanvarın 16-da gizli hərbi peykləri olan “Falcon Heavy” daşıyıcı raketini kosmosa buraxmağı planlaşdırır.
Göyərtəsində məxfi hərbi peyklər olan güclü daşıyıcı raketin buraxılışı Floridadakı Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək.
Peyklərdən biri - “Continuous Broadcast Augmenting SATCOM 2” adlı hərbi rabitə peyki Yerdən təxminən 35,700 km hündürlükdəki geostasionar orbitə buraxılacaq.
Qeyd edək ki, bu, “Falcon Heavy” üçün beşinci uçuş olacaq.
Mənbə: rbc.ua
Gundelik-Baku.Org