Zakir Həsənov Hulusi Akarla görüşdü - (YENİLƏNİB)

Zakir Həsənov Hulusi Akarla görüşdü -  (YENİLƏNİB)
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
***13:24
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlər Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.



Gundelik-Baku.Org