Makron müşavirlərindən deyil, “ChatGPT”dən kömək istədi

Makron müşavirlərindən deyil, “ChatGPT”dən kömək istədi
Fransa Prezidenti Emmanuel Makron süni intellekt çatbotu olan “ChatGPT” ilə danışıb və ondan Aİ-nin texnoloji inkişaf perspektivləri barədə soruşub.
O, öz dialoqunu “Twitter”də yayımlayıb.
“Avropalılar, gəlin qabaqcıl texnologiyalara investisiya qoymağa və əməkdaşlığa davam edək. Biz perspektivli şirkətlərlə ön sıralarda ola bilərik”, - deyə Makron çatbotla dialoqu şərh edərkən bildirib.
Ekran görüntüsündə Makron ChatGPT-dən soruşur: “Bir sözlə, qabaqcıl texnologiyalarla vəziyyət Avropada necədir?”
“Rəqabətədavamlı”, - deyə çatbot cavab verib.
O, fransızların və niderlandlıların texnoloji inkişafın ön sıralarında ola biləcəyini izah edib.
“Avropa rəqabətədavamlıdır, hətta süni intellekt də bunu təsdiqləyir!” - deyə Fransa lideri sözlərini yekunlaşdırıb.


Məbbə: Gazeta.ru
Gundelik-Baku.Org