Makrondan türkcə PAYLAŞIM

Makrondan türkcə PAYLAŞIM
“Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun”.
Bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.
“Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, - Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.
Ötən gün Türkiyədə törədilən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
  • Makrondan türkcə PAYLAŞIM

Gundelik-Baku.Org