Makron qələbəyə qədər Ukraynaya kömək edəcəyinə söz verib

Makron qələbəyə qədər Ukraynaya kömək edəcəyinə söz verib
Bu gün, dekabrın 31-də Fransa prezidenti Emmanuel Makron yeni il müraciəti zamanı ukraynalılara müraciət edərək, Rusiyanın başladığı müharibədə qələbə çalana qədər Ukraynaya kömək edəcəyini vəd edib.
"Le Dauphine" nəşri xəbər verir ki, Makron Ukraynaya "qələbəyə qədər" kömək etməyə "şəksiz" davam edəcəyinə söz verib. 
Fransa prezidenti həmçinin ədalətli və davamlı sülhün qurulması üçün Ukraynanın yanında olacağını bildirib: "Fransadan arxayın olun, Avropaya da güvənin".
Gundelik-Baku.Org