Makron Fransa Parlamentini buraxa bilər

Makron Fransa Parlamentini buraxa bilər
Fransa prezidenti Emmanuel Makron pensiya islahatı layihəsi üçün kçeiriləcək səsvermənin uğursuz olacağı təqdirdə Fransa Parlamentini (parlamentin aşağı palatası) buraxmaqla hədələyib. 
Xarici KİV xəbər verir ki, bununla bağlı Yelisey sarayında görüş keçirilib. 
Makron martın 15-i axşam saatlarında Baş nazir Elizabet Born və islahatla bağlı bir sıra nazirlərlə görüşüb. Pensiya islahatı Fransa prezidentinin əsas ideyalarından biridir. 
İslahat kişilər və qadınlar üçün rəsmi pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Bu artım 1961-ci ilin sentyabrında və sonra doğulan fransızlara təsir edəcək. 
Qeyd edək ki, sözügedən islahat bir neçə gündür ki, kütləvi etiraz və tətillərə səbəb olub. 
Gundelik-Baku.Org