Makron Roma Papasından Putinə zəng vurmağı xahiş etdi

Makron Roma Papasından Putinə zəng vurmağı xahiş etdi
Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Rusiya Prezidenti Vladimir Putin və Patriarx Kirill ilə telefon əlaqəsi saxlamağı xahiş edib.
O, Ukrayna müharibəsinin başa çatmasını tezləşdirmək məqsədilə bu xahişi edib.
Bildirilir ki, 55 dəqiqəlik audiensiya zamanı Makron pontifikdən Prezident Putinə, Patriarx Kirillə, eləcə də ABŞ Prezidenti Co Baydenə zəng etməyi xahiş edib. Makron Fransiski Ukraynada sülhü təşviq etməyə çağırıb.
Makronun sözlərinə görə, Fransisk Baydeni Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağıra bilər. Eyni zamanda Haitidəki böhranın da həll edilməsinə təsir göstərə bilər.
Mənbə: TASS
Gundelik-Baku.Org