Çinli "Alibaba"nın "ChatGPT" rəqibi: Tongyi Qianwen

Çinli "Alibaba"nın "ChatGPT" rəqibi: Tongyi Qianwen
Çinin texnologiya nəhəngi "Alibaba" şirkəti "ChatGPT"yə bənzər süni intellekt chatbotu "Tongyi Qianwen"i işə salmağı planlaşdırdığını açıqlayıb.
Xarici KİV xəbər verir ki, şirkətin bulud hesablama bölməsi "chatbot"un “yaxın gələcəkdə” Alibaba sistemlərinə inteqrasiya olunacağını bildirsə də, vaxt qrafiki təqdim etməyib.
Şirkət "Tongyi Qianwen"in iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq və iş təklifləri hazırlamaq kimi bir sıra vəzifələri yerinə yetirəcəyini açıqlayıb. Son aylarda bütün dünyada texnologiya şirkətləri öz süni intellekt "chatbot"larını təqdim ediblər.
"Alibaba" şirkəti də bu ilin əvvəlində "ChatGPT"yə rəqib təqdim edəcəklərini açıqlamışdı. İngilis versiyası hələ açıqlanmayan "Tongyi Qianwen" təxminən "min sual soruşmaq və cavab axtarmaq" kimi tərcümə olunur.
Gundelik-Baku.Org