Bill Qeytsdən süni zəka ilə bağlı maraqlı açıqlama

Bill Qeytsdən süni zəka ilə bağlı maraqlı açıqlama
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hazırda çox məşhur olan süni zəka əsaslı ChatGPT çat-botunun gələcəyi barədə fikirlər səsləndirib.
Xarici KİV bildirir ki, onun sözlərinə əsasən bu cür texnologiyalar yaxın zamanda dünyanı dəyişə bilər. Bu cür süni zəkanın yaradılması isə öz növbəsində internetin ixtirası kimi vacib bir hadisəyə çevriləcək. Bill Qeyts bildirib ki, çat-botun təqdim etdiyi təbii cavablar böyük məna kəsb edir.
“Hazırda süni zəka sistemləri oxuya və yaza bilirlər. Lakin onlar oxunanların və yazılanların tərkib hissələrini anlaya bilmirlər. ChatGPT kimi yeni süni zəka sistemləri elektron məktubları və ya maliyyə məsələlərində qaimə-fakturaları tərtib edərək bir çox ofis işi proseslərinin effektivliklərini yüksəldəcəklər. Bu, bizim dünyamızı dəyişəcək”, - deyə Bill Qeyts qeyd edib.
İT mütəxəssislərin fikirlərinə əsasən, ChatGPT inanılmaz dialoq səviyyəsinə çatır və mətnləri çox sürətlə tərtib edir.
Gundelik-Baku.Org